Futzal üzrə Azərbaycan Birinci Liqasında üçüncü yer və final oyununun tarixi müəyyənləşib

27 Aprel 2026 15:41
163
Futzal üzrə Azərbaycan Birinci Liqasında üçüncü yer və final oyununun tarixi müəyyənləşib

Futzal üzrə Azərbaycan Birinci Liqasında üçüncü yer və final oyununun tarixi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, mövsümə mayın 7-də yekun vurulacaq. Həmin gün, saat 18:30-da “Olimpik Star”da “Baku Fire-2” və “Xan Lənkəran” komandaları üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Saat 20:00-da isə PFL və “Star kargo” final matçında münasibətlərə aydınlıq gətirəcəklər.

İdman.Biz