Bu gün Yüksək Liqada 18-ci turun oyunları keçirilib.
İdman.Biz bildirir ki, lider “Neftçi” İK “Şuşa”nın qapısından 28 cavabsız top keçirib.
Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədir. Çempionatın bombardiri Allef Maiolli (35 top) və komanda yoldaşı Leonildo Rodrigues hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar.
Digər matçda isə “Baku Fire” gənclər yığmasından güclü olub – 10:3.
“Araz-Naxçıvan” isə 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” yarışdan çıxdığına görə, “qırmızı-ağlar”ın xal ehtiyatı artıb.
Hazırda “Neftçi” 49 xalla turnir cədvəlinə başçılıq edir.
