Futzal üzrə Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, 20-ci turda “Şuşa”nı 8:5 hesabı ilə üstələyən “Baku Fire” mövsümü üçüncü pillədə başa vurub. Komanda 38 xal toplayıb.
“Lənkəran” turnirdə iştirakını dayandırdığı üçün U-19 kollektivi meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.
Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq.
Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Neftçi” İK başçılıq edir. 49 xalı olan “Araz-Naxçıvan” isə ikincidir.
