Futzal üzrə Yüksək Liqada 20-ci tura təyinatlar açıqlanıb

13 May 2026 10:58
100
Futzal üzrə Yüksək Liqada 20-ci tura təyinatlar açıqlanıb

Futzal üzrə Yüksək Liqada 20-ci turun bir oyununa hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, tur çərçivəsində “Şuşa” və “Baku Fire” komandaları üz-üzə gələcək.

Qarşılaşma 14 may tarixində “Olimpik Star”da saat 16:00-da keçiriləcək.

Görüşü Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona Kənan Məlikov və Rza Məmmədov kömək edəcəklər. Hakim-inspektor funksiyasını isə Murad Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, futzal üzrə Yüksək Liqada mövsümə mayın 18-də keçiriləcək “Neftçi” İK - “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

İdman.Biz