Vitali Borisovun 0:3 şərhi: "Düzələcək səhvlərdir"

Xəbərlər
20 Sentyabr 2024 00:14
232
Vitali Borisovun 0:3 şərhi: "Düzələcək səhvlərdir"

“Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım".

İdman.biz xəbər verir ki, bunu futzaldan ibarət Azərbaycan yığasının baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis Çexiya ilə yoxlama matçında qeydə alınan məğlubiyyəti şərh edib: "Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi. Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər”.

Qeyd edək ki, millimiz Çexiyada keçirilən oyunda 0:3 hesabı ilə uduzub.

İdman.biz