Azərbaycan millisinin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

Xəbərlər
2 Oktyabr 2023 09:27
147
Azərbaycan millisinin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

DÇ-2024-ün elit-raund mərhələsində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, bu gündən təlim-məşq toplanışına başlayacaq yığmamızın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.

Futzalçılarımız Qazaxıstanla oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada üz-üzə gələcək.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan)

İdman.biz