Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlandı

Xəbərlər
23 Sentyabr 2023 17:15
120
Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlandı

Futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb.

İdman.biz xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Kirill Naişouler, Arttu Kiynaeraeynen, Paavo Komppa (hamısı Finlandiya).
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Şon Dipple (İngiltərə).

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

İdman.biz