Yığmamız Niderlandı məğlub etdi

Xəbərlər
20 Sentyabr 2023 21:46
83
Yığmamız Niderlandı məğlub etdi

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının elit mərhələsində qələbə qazanıb.

İdman.biz saytı xəbər verir ki, komandamız qrupun ikinci oyununda Niderlandı məğlub edib.

Bakı İdman Sarayında keçirilən oyun millinin 6:1 hesablı qələbə il başa çatıb. Futzalçılarımızdan Rafael Vilela (2), Felipinyo (2), Everton Kardoso və Maneka fərqləniblər.

Məlumat üçün bildirək ki, yığmamızı qrupun ilk qarşılaşmasında səfərdə Rumıniyaya uduzmuşdu (1:3).

İdman.biz