Azərbaycan millisinin səbəti bəlli olub

Xəbərlər
17 May 2024 11:25
105
Azərbaycan millisinin səbəti bəlli olub

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin mayın 30-da keçiriləcək püşkatması ərəfəsində səbətlər açıqlanıb.

İdman.biz xəbər verir ki, reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan Azərbaycan millisi 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq.

Final mərhələsi Latviya və Litvada keçiriləcək turnirdə iştirak üçün mübarizə aparacaq 40 komanda 10 qrupa bölünəcək.

1-ci səbət (qrupunun 4-cüsü): Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya;

2-ci səbət (qrupunun 3-cüsü): Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka;

3-cü səbət (qrupunun 2-cisi): Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina;

4-cü səbət (qrupunun 1-cisi): Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya.

Qeyd edək ki, əsas mərhələdə oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. Ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək.

İdman.biz

Məqalədə: