Azərbaycan kubokunun püşkü atılıb

Xəbərlər
17 Yanvar 2024 12:42
176
Azərbaycan kubokunun püşkü atılıb

Futzal üzrə Azərbaycan kubokunun püşkü atılıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyası açıqlayıb.

Bu gün Bakı İdman Sarayında keçirilən tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Yüksək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı mərhələdə qalib komanda bir oyunda müəyyənləşəcək.

Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək.

1/8 finalın oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.

1/8 final
Baku Fire – Dalğa
Araz-Naxçıvan – Record club
PFL – Metropoliten
Neftçi İK – Timsport
STAR kargo – Yasamal Bakı
Trabzon Azərbaycan – Bakı
Xan-Lənkəran – Baku Fire-2
Dəstə Ordubad – U-19

1/4 final
Baku Fire/Dalğa - Dəstə Ordubad/U-19
Araz-Naxçıvan/Record club - Xan-Lənkəran/Baku Fire-2
PFL/Metropoliten - Trabzon Azərbaycan/Bakı
Neftçi İK/Timsport - STAR kargo/Yasamal Bakı

1/2 final
Baku Fire/Dalğa/Dəstə Ordubad/U-19 – Neftçi İK/Timsport/STAR kargo/Yasamal Bakı
Araz-Naxçıvan/Record club/Xan-Lənkəran/Baku Fire-2 – PFL/Metropoliten/Trabzon Azərbaycan/ Bakı

İdman.biz

Məqalədə: