Azərbaycan kubokunda 16 komanda - “kor püşk”

Xəbərlər
9 Yanvar 2024 11:31
139
Azərbaycan kubokunda 16 komanda - “kor püşk”

Yanvarın 17-də futzal üzrə Azərbaycan kubokunun 2023/24 mövsümünün püşkü atılacaq.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Püşkatma mərasimi Bakı İdman Sarayında keçiriləcək. Tədbir saat 12:00-da başlayacaq.

1/8 final mərhələsində 16 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club”, “Yasamal Bakı”, U-19, “Bakı”, “Baku Fire-2”, PFL, “Xan-Lənkəran”, “STAR kargo”, “Dalğa”, “Timsport”, “Trabzon Azərbaycan”, “Dəstə Ordubad”, “Metropoliten” iştirak edəcək. 1/8 final mərhələsini oyunları fevralın 10-da və 11-də keçiriləcək. Hər mərhələ bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, “kor püşk” zamanı komandalar səbətlərə bölünməyəcək.

İdman.biz

Məqalədə: