Millimizin baş məşqçisi: “Şansımızdan asılı olmayaraq, qələbə qazanmaq istəyirik”

Müsahibə
19 Dekabr 2023 11:23
170
Millimizin baş məşqçisi: “Şansımızdan asılı olmayaraq, qələbə qazanmaq istəyirik”

“Dünən günortaya yaxın Niderlanda gəlmişik. Uşaqlar uzun yol qət etdilər. Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

O bildirib ki, komandası, verdiyi tapşırıqları yerinə yetirməyə çalışacaqlar: “Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı”.

Qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyən gənc mütəxəssis rəqibi təhlil etdiklərini vurğulayıb: “Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oynayan zaman hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəm. Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, yığmamız dekabrın 20-də Niderland yığması ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: