Azərbaycan futzal millisinin 2028-ci il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə əsas mərhələdən başlayacağı açıqlanıb.
İdman.Biz xəbər verir ki, ilkin mərhələnin püşkü 12 dekabr 2025-ci il tarixində atılacaq, oyunlar isə gələn ilin aprelində keçiriləcək.
Avropa zonası üzrə seçmə mərhələ beş mərhələdən ibarətdir:
1. İlkin mərhələ – komandalar dörd nəfərlik qruplara bölünəcək və oyunlar mini-turnir formatında keçiriləcək. Qrup qalibləri və ən yaxşı ikinci yer tutan komandalar əsas mərhələyə yüksələcəklər.
2. Əsas mərhələ – ilkin mərhələdən 12 komanda əlavə olunmaqla ümumi iştirakçı sayı 36 olacaq. Komandalar 12 qrupa bölünəcək, qrup qalibləri və ən yaxşı ikinci yeri tutan dörd komanda birbaşa Elit-raunda yüksələcək. Qalan səkkiz ikinci yer sahibi pley-off oyunlarında mübarizə aparacaq.
3. Elit-raund – 20 komanda 5 qrupa bölünəcək. Qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq, ən yaxşı ikinci yer tutan komandalar isə pley-offda mübarizə aparacaqlar.
Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri 23 digər Avropa komandası ilə birlikdə müəyyənləşəcək. Avropa zonasından Dünya Çempionatına ümumilikdə yeddi komanda vəsiqə qazanacaq. Əgər final mərhələsinə Avropa ölkələrindən biri ev sahibliyi edərsə, vəsiqə sayı altıya enəcək.
