Vitali Borisov: “Təcrübəmiz çatmadı”

Xəbərlər
15 Dekabr 2023 22:23
169
Vitali Borisov: “Təcrübəmiz çatmadı”

“Komandanın 80 faizini yeni oyunçular təşkil edir. Onlardan çox razı qaldım”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Bakıda Rumıniya ilə 5:5 hesablı heç-heçədən gənc komandanın oyunundan razı qaldığını bildirib: "Uşaqlar çox yaxşı oynadılar. Komandadan razı qaldım. Matç bizim nəzarətimiz altında keçdi. Rumıniya yaxşı müdafiə olunan komandadır. Oyundan əvvəl bunu uşaqlara demişdik. Bütün oyunu öndə idik. Sadəcə təcrübəmiz çatmadı. Rumıniya say üstünlüyü ilə daha yaxşı oynayır".

Qeyd edək ki, Azərbaycan millisi 5 oyundan sonra 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

İdman.biz