Millimiz Rumınya ilə heç-heçə edib - YENİLƏNİB

Xəbərlər
15 Dekabr 2023 22:12
188
Millimiz Rumınya ilə heç-heçə edib  - YENİLƏNİB

Bu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Bakı İdman Sarayında Rumıniya ilə qarşılaşıb.

Vitali Borisovun yetirmələri dünya çempionatına vəsiqə şansını artırmaq üçün bu matçda mütləq qələbə qazanmalı idi. Oyunda yaxşı başlayan milimiz fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. İkinci hissəyə daha yaxşı başlayan qonaq komanda hesabı bərabərləşdirə bilib - 3:3. Bundan sonra millimiz yenidən iki top fərqi ilə üstünlük qazanıb. Amma 1 dəqiqəyə 2 top buraxan futzalçılarımız növbəti xal itkisini yaşayıblar - 5:5.

Qeyd edək ki, 4 xalla qrupda sonuncu pillədə qərarlaşan Azərbaycan komandası dünya çempionatının final mərhələsinə yüksəlmək şansını azaldıb.

DÇ-2024: Elit-raund mərhələsi
15 dekabr
20:00. Azərbaycan – Rumıniya - 5:5
Qollar:
Rafael Vilala, 18; 19; 25. Tofiq Mikayılov, 32. Amir Şojai, 34 - Nastai, 22. Balint, 28; 35. Arauxo, 32 (pen.). Nemintani, 36.
Baş hakim: Damian Grabovski
Bakı İdman Sarayı

1

Qazaxıstan

5

5

0

0

15-7

15

2

Niderland

5

2

0

3

11-10

6

3

Rumıniya

5

1

1

3

11-20

4

4

Azərbaycan

5

1

1

3

16-16

4

Qeyd edək ki, millimiz dekabrın 20-də səfərdə Niderlandla oynayacaq.

İdman.biz