“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında növbəti oyununda heç-heçə edib - YENİLƏNİB

30 Oktyabr 2025 21:05
217
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında növbəti oyununda heç-heçə edib - YENİLƏNİB

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxıb.

İdman.Biz xəbər verir ki, Naxçıvan klubu Lüksemburq çempionu “Differdanje 03” ilə üz-üzə gəlib.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luidji Lonqo (38) vurublar.

09:21

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Naxçıvan klubu Lüksemburq çempionu “Differdanje 03” ilə üz-üzə gələcək.

Görüş Rumıniyanın Qalas şəhərində yerləşən Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib - 2:1. “Araz-Naxçıvan” əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın “Tigers Roermond” komandasına qarşı keçirəcək.

İdman.Biz