“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ilk oyununda qalib gəlib - YENİLƏNİB

30 Oktyabr 2025 03:05
254
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ilk oyununda qalib gəlib - YENİLƏNİB

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII qrupunda bu gün ilk matçını keçirib.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gəlib.

Qalati şəhərində yerləşən “Dunarea” İdman Sarayında keçirilən matç Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

10:29

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII qrupunda bu gün ilk matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələcək.

VII qrupun matçı Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

İdman.Biz