Bakıda ən yumşaq təkər tərkibindən istifadə ediləcək

Xəbərlər
16 Sentyabr 2025 17:51
34
Bakıda ən yumşaq təkər tərkibindən istifadə ediləcək

Formula 1 üzrə dünya çempionatının rəsmi təkər təchizatçısı “Pirelli” Azərbaycan Qran-Prisi üçün gətirdiyi tərkibi açıqlayıb.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, keçənilkindən fərqli olaraq tərkib dəsti bir pillə yumşaqdır.

Komandaların İmola, Monako və Monrealda istifadə etdiyi C6 tərkibli yumşaq dəstdən istifadə ediləcək. C5 Orta, C4 isə Hard olacaq.

Bakı şəhər trasının asfalt örtüyü aşağı səviyyədə ilişmə və rezin aşınması ilə xarakterizə olunur. Əgər “Pirelli” bir il əvvəl olduğu kimi eyni tərkibi Bakıya gətirsəydi, o zaman yarışda cəmi bir pit-stop olacaqdı. İndi isə daha yumşaq tərkib iki pit-stop ehtimalını artırır.

İdman.biz