Marko “Red Bull”u tərk etməyəcək

Xəbərlər
10 May 2024 20:07
129
Marko “Red Bull”u tərk etməyəcək

“Red Bull”un müşaviri Helmut Marko komandanı tərk etmək niyyətində olmadığını açıqlayıb.

İdman.biz xəbər verir ki, o, bu barədə Avstriya mətbuatına müsahibəsində bildirib.

Markonun komandanın mühəndisi Edrian Nyui və sürücüsü Maks Ferstappenlə birlikdə “Mersedes”ə keçəcəyi xəbərləri yayılıb. Helmut bu məlumatların əsassız olduğunu qeyd edib: “Mənim Maks və Nyui ilə “Mersedes”ə keçəcəyim xəbərləri doğrumu? Bu, ümumiyyətlə gündəmdə deyil”.

Qeyd edək ki, klubun rəhbəri Kristian Hornerin komandanın əməkdaşlarından biri ilə yaxın münasibətdə olması xəbərlərindən sonra "Red Bull"un düşərgəsində qalmaqallar yaşanıb.

İdman.biz