Dördqat “Formula 1” çempionu Maks Ferstappen karyerasını “Red Bull”da davam etdirmək qərarının səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, niderlandlı sürücü komanda daxilindəki atmosferi və yeni uğurlar qazanmaq imkanlarına olan inamını qeyd edib.
“Son nəticədə, komanda daxilində özünü rahat hiss etmək vacibdir. Mənim üçün bu, ikinci ailə kimidir. Bu, vəziyyəti dəyişə biləcəyinə və başqaları ilə, yeni insanlarla birlikdə daha yaxşı gələcək quracağına olan inamdır”, – deyə Ferstappen bildirib.
O, həmçinin vurğulayıb ki, “Red Bull”la əməkdaşlığı onun üçün təkcə “Formula 1” ilə məhdudlaşmır.
“Axı mənim üçün bu, təkcə “Formula 1” deyil. Gələn il “Red Bull”un da iştirak etdiyi bir çox işlərlə məşğul olacağam. Burada özümü yaxşı hiss edirəm. Odur ki, mənim üçün bura doğru yerdir”, – deyə niderlandlı əlavə edib.
