Sayca 10-cu dəfə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, yarışı yayımlayan əsas beynəlxalq media qurumları arasında “Sky”, “beIN SPORTS”, “Canal+”, “ESPN/Disney”, “DAZN”, “BBC Radio 5 Live” və qlobal yayım platforması Netflix də yer alır.
Azərbaycan Qran-prisinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il “Formula-1” yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan Qran-prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan Qran-prisi üçün rekord izlənmə göstəricisi olub.
Azərbaycan Qran-prisinin qlobal auditoriyası əsasən Böyük Britaniya, Avstriya, Niderland və İtaliya kimi ölkələri əhatə edir.
