“Formula-1” Azərbaycan Qran-prisinə bu gün yekun vurulur

26 Sentyabr 2026 09:01
96
“Formula-1” Azərbaycan Qran-prisinə bu gün yekun vurulur

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bu gün müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, Bakıdakı yarışın əsas mərhələsi saat 15:00-da başlayacaq.

“Mercedes” pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərərək əsas yarışa ilk sıradan başlayacaq.

Azərbaycan Qran-prisinədək “Mercedes”in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun komanda yoldaşı Corc Rassell 211 xalla ikinci, “Ferrari”dən Lüis Hemilton isə 191 xalla üçüncüdür.

Konstruktorlar Kubokunda “Mercedes” 503 xalla liderdir. “Ferrari” 358 xalla ikinci, “McLaren” isə 306 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz