“Formula-2” üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan “Rodin Motorsport” komandasının sürücüsü Aleks Dann yarışla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, britaniyalı pilot mətbuat konfransında həftəsonunun onlar üçün uğurlu keçdiyini bildirib.
“Ümumilikdə bizim üçün çox yaxşı həftəsonu keçdi. Sürətimiz yüksək idi və hər iki yarışda ön sıralarda mübarizə apardıq. Kiçik bir səhvi nəzərə almasaq, sükan arxasında özümə güvənirdim və gözlədiyimiz performansı nümayiş etdirə bildik.
Günün ikinci yarısında bir qədər çətinliklərimiz oldu. Bolidin idarəetməsi gözlədiyimizdən daha çox güc tələb edirdi. Buna baxmayaraq, sona qədər mövqeyimizi qoruyub saxlaya bildik. Fəxri kürsüdə yer almaq bizim üçün vacib idi”.
Qeyd edək ki, Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışında “Invicta Racing” komandasının pilotu Rafael Kamara birinci yeri tutub. “Campos Racing”dən Nikola Tsolov ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü olub.
