Rafael Kamara Bakıdakı qələbəsindən danışdı

26 Sentyabr 2026 13:53
86
Rafael Kamara Bakıdakı qələbəsindən danışdı

“Formula-2” üzrə Azərbaycan Qran-prisinin qalibi Rafael Kamara yarışın gedişatı və Bakıda keçirdiyi həftəsonu ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, “Invicta Racing” komandasının pilotu mətbuat konfransında yarışın onun üçün gərgin keçdiyini bildirib.

“Mənim üçün uzun və gərgin bir yarış oldu. Trekin müəyyən hissələrində gedişatımız çox yaxşı idi. Aleks Dannın arxası ilə hərəkət etmək və fərqi bağlamaq asan deyildi, amma ümumilikdə yaxşı templə mübarizə apardıq.

Ötmə əməliyyatı üçün bir neçə dəfə cəhd göstərdik. Lakin komanda olaraq daha təmkinli davranmağa üstünlük verdik”.

Kamara Bakı trekində ilk dəfə yarışdığını və komandasının çıxışından razı qaldığını qeyd edib:

“Bura bizim üçün tamamilə yeni trek idi. Lakin komandamız ötən illərdə də göstərib ki, bu cür yarışlara çox yaxşı hazırlaşır. Sərbəst yürüşlərdən başlayaraq sıralama turlarındakı performansımız yüksək səviyyədə idi. Çempionat baxımından da vacib xallar qazandıq. Bütövlükdə, Bakıda keçirdiyimiz həftəsonu bizim üçün çox müsbət və uğurlu yekunlaşdı”.

Qeyd edək ki, Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışında “Invicta Racing” komandasının pilotu Rafael Kamara birinci yeri tutub. “Campos Racing”dən Nikola Tsolov ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü olub

İdman.Biz