Azərbaycan Qran-prisində “Formula-2” üzrə mübarizəyə bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, Bakıdakı yarışın son günündə ikinci əsas yarış keçiriləcək.
Yarış saat 11:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint yarışının, “Rodin Motorsport”dan Aleks Dann isə birinci əsas yarışın qalibi olub.
Xatırladaq ki, “Formula-2” gənc pilotlar üçün nəzərdə tutulan və “Formula-1”ə keçiddən əvvəlki son mərhələ hesab edilən yarış seriyasıdır. Bütün sürücülər demək olar ki, eyni texniki imkanlara malik bolidlərdən istifadə etdikləri üçün nəticədə pilotun bacarığı və komandanın işi xüsusi rol oynayır. “Formula-2” mərhələləri “Formula-1” yarış həftəsonları çərçivəsində təşkil olunur.
2026-cı ildə Bakı mərhələsi fərqli formatı ilə seçilir. Bu, mövsümdə genişləndirilmiş proqramla keçirilən yeganə “Formula-2” mərhələsidir. Bakıda iki sıralama turu, bir sprint və iki əsas yarış nəzərdə tutulub. Adətən isə “Formula-2” həftəsonunda bir sıralama turu, bir sprint və bir əsas yarış keçirilir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisi bu gün başa çatacaq.
