“Formula-1”in yeddiqat dünya çempionu Mixail Şumaxerin soyadı rus dilinin akademik orfoqrafik resursuna daxil edilib.
İdman.Biz xəbər verir ki, Rusiya Elmlər Akademiyasının V.V.Vinoqradov adına Rus Dili İnstitutunun “Akademos” resursunda “Şumaxer” sözü ayrıca lüğət vahidi kimi göstərilib. Sözün izahında onun məşhur avtoyarışçının soyadı olmaqla yanaşı, “yarışçı” və “sürətli, riskli sürücü” mənalarında da işlədildiyi qeyd olunur.
Beləliklə, almaniyalı pilotun soyadı zamanla ümumiləşərək sürətli avtomobil idarə edən şəxsləri ifadə edən sözə çevrilib.
Qeyd edək ki, “Akademos” V.V.Vinoqradov adına Rus Dili İnstitutu tərəfindən hazırlanan akademik orfoqrafik resursdur.

