“Mercedes” pilotu Azərbaycan Qran-prisində cərimələnə bilər

31 Avqust 2026 18:54
102
“Mercedes” pilotu Azərbaycan Qran-prisində cərimələnə bilər

“Mercedes” komandasının pilotu Corc Rassell “Formula-1” üzrə Azərbaycan Qran-prisində start mövqelərindən məhrum edilə bilər.

İdman.Biz “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, alman komandası mövsümün ikinci yarısında güc qurğularından istifadə və onların yenilənməsi ilə bağlı xüsusi strategiya hazırlayıb. Məhz Bakıda Rassellin bolidində güc qurğusunun dəyişdirilməsi planlaşdırılır. Bu isə pilotun start sırasındakı mövqelərindən geri düşməsinə səbəb ola bilər.

“Mercedes” yeni strategiyanı qarşıdakı İtaliya Qran-prisində tətbiq etməyə başlayacaq. Monzada Kimi Antonellinin bolidində güc qurğusunun bir neçə komponentinin dəyişdirilməsi nəzərdə tutulur. Bu səbəbdən italiyalı pilot da start mövqelərindən məhrum edilə bilər.

Komanda əvvəlcə Antonelli üçün yenilənmiş güc qurğusundan istifadə etməyi, daha sonra isə Rassellə bağlı eyni addımı atmağı planlaşdırır.

“Mercedes” hesab edir ki, Azərbaycan Qran-prisinə qədər W17 bolidinin hazırkı üstünlükləri əsas rəqiblərin inkişafını önləməyə kifayət edəcək. Daha ciddi aerodinamik yenilənmənin isə Bakı yarışından sonra Malayziya Qran-prisinə qədər hazırlanması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək. Yarış 26 sentyabrda baş tutacaq.

Hazırda pilotlar sıralamasına 242 xalla Kimi Antonelli başçılıq edir. Corc Rassell və Luis Hamilton 183 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdədir. Konstruktorlar kubokunda isə 425 xalla “Mercedes” liderdir. “Ferrari” 338 xalla ikinci, “McLaren” isə 263 xalla üçüncüdür.

İdman.Biz