Beynəlxalq Avtomobil Federasiyası (FIA) Niderland Qran-prisindən sonra “Formula-1” stüardlarına yönəlmiş onlayn hücumlara sərt reaksiya verib.
İdman.Biz xəbər verir ki, qurum məsələ ilə bağlı mümkün hüquqi addımları araşdırır.
“Alpin” pilotu Franko Kolapinto və “Reysinq Bulls” sürücüsü Arvid Lindblad yarışın ilk dövrəsində ikiqat sarı bayraq altında ötməyə görə pit-leyndən keçmə cəzası alıblar.
Kolapinto qərarı çox sərt adlandırıb. Hadisədən sonra stüardlar sosial mediada kütləvi təhqir və hətta təhdidlərlə üzləşiblər.
FIA bəyanatında idmanda qərarlarla razılaşmamağın normal olduğunu, lakin bunun şəxsi hücum və təhdidlərə haqq qazandırmadığını vurğulayıb.
Federasiyanın 2023-cü ildə yaratdığı “United Against Online Abuse” koalisiyası da hadisələri qınayıb.
