Braun “Maklaren”in öz motoru olacağını istisna etmir

28 May 2026 06:37
333
Braun “Maklaren”in öz motoru olacağını istisna etmir

“Formula-1”də çıxış edən Böyük Britaniyanın “Maklaren” komandasının baş direktoru Zak Braun gələcəkdə öz güc qurğularını hazırlamaq ehtimalını istisna etməyib.

İdman.Biz xəbər verir ki, Braun bunun yalnız maliyyə baxımından əlverişli motor reqlamenti olacağı halda mümkün sayılacağını bildirib. Amerikalı funksioner “Maklaren”in “Mersedes”lə əməkdaşlıqdan tam razı qaldığını da vurğulayıb.

“Əgər maliyyə baxımından əlverişli motor formulu təqdim olunsa, bəli, bunu və texnologiyanı nəzərdən keçirərik. Bununla belə, “Mersedes”lə əməkdaşlıqdan daha xoşbəxt ola bilməzdik. Bizə ilk növbədə maliyyə baxımından məntiqli variant təqdim edilsə, onu araşdırarıq”, - Braun deyib.

“Maklaren” 2021-ci ildən “Mersedes”in güc qurğularından istifadə edir. Komandanın alman istehsalçısı ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Bu mövsüm “Red Bull Powertrains”in “Ford”la birgə hazırladığı yeni motor da debüt edib. Braun fevral testlərindən sonra “Red Bull-Ford” mühərrikinin həm sürətli, həm də etibarlı göründüyünü deyib.

İdman.Biz