Britaniya avtomobil istehsalçısı “Aston Martin” maliyyə çətinlikləri ilə üzləşir.
İdman.Biz bu barədə GrandPrix-ə istinadən məlumat verir.
Britaniyalı istehsalçının 490 milyon dolları aşan itkilər verdiyi və ABŞ ticarət tariflərini və Çindəki satışların kəskin azalmasını əsas gətirərək bu il işçi qüvvəsinin 20%-ə qədər ixtisar edəcəyi bildirilir.
Daha əvvəl xəbər verildiyi kimi, menecer Lens Stroll bu yaxınlarda “Formula-1” komandası üçün uzunmüddətli marka hüquqlarını təmin etmək üçün yol avtomobili bölməsindən 50 milyon dollar köçürüb.
Bu, Strolla avtomobil bölməsinin daha dərin qeyri-sabitliklə üzləşəcəyi təqdirdə yarış komandasını qorumağa imkan verib.
