Mersedesdə həyəcan təbili: Kimi Antonellinin "Formula-1" maşını yolda qaldı - FOTO

20 Fevral 2026 14:15
71
Mersedesdə həyəcan təbili: Kimi Antonellinin "Formula-1" maşını yolda qaldı - FOTO

Bəhreyndə keçirilən "Formula-1" mövsümöncəsi testlərinin son günündə "Mersedes" komandası gözlənilməz problemlə üzləşib. Komandanın gənc pilotu Kimi Antonellinin idarə etdiyi bolid texniki nasazlıq səbəbindən trekdə dayanıb və sessiyada qırmızı bayraqların dalğalanmasına səbəb olub.

İdman.Biz xəbər verir ki, italyan sürücünün sürdüyü "W17" bolidi 10-cu döngədən dərhal sonra hərəkətsiz qalıb. İlkin məlumatlara görə, problem mühərrikin enerji ötürücüləri ilə bağlı olsa da, komanda nasazlığın dəqiq səbəbini hələ açıqlamayıb.

Hadisə baş verənə qədər kifayət qədər uğurlu çıxış edən 19 yaşlı pilot 49 dövrə vurmağı bacarıb. O, 1:33.916 saniyəlik nəticə ilə hazırda siyahıda ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Antonelli dünən axşam imza atdığı 1:32.803 saniyəlik göstərici ilə Sakhir testlərinin ən sürətli pilotu statusunu hələ də qoruyur. "Mersedes" mühərrikinin sıxılma dərəcəsi ilə bağlı yaranan söz-söhbətlərə baxmayaraq, hələ də mövsümün əsas favoriti hesab olunur.

İdman.Biz