Nyuinin diqqətində Lekler var

Xəbərlər
21 Yanvar 2026 14:01
147
Nyuinin diqqətində Lekler var

“Formula-1” dünyasında tanınmış konstruktor Adrian Nyuinin hansı pilotları üstün tutduğu ilə bağlı maraqlı iddia irəli sürülüb. Alman jurnalist Ralf Baxın fikrincə, hazırda “Aston Martin”də çalışan əfsanəvi mütəxəssis “Ferrari”nin pilotu Şarl Lekleri öz maşınları üçün uyğun hesab edə bilər.

İdman.Biz xəbər verir ki, Bax bu barədə “F1-Insider” nəşrinə aid “YouTube” kanalında canlı yayım zamanı danışıb. Jurnalistin sözlərinə görə, Nyuinin yaratdığı bolidlər müəyyən sürüş tərzinə malik pilotlar üçün maksimum effektiv olur.

Ralf Bax qeyd edib ki, Nyuinin fikrincə Leklerin idarəetmə üslubu onun maşınlarına ən yaxşı uyğun gələn tərzdir. Jurnalist xatırladıb ki, son illərdə “Red Bull” bolidləri Maks Ferstappenin sürüş stilinə uyğun hazırlanırdı və həmin maşınlar məhz onları idarə edə bilən pilot olduqda ən sürətli vəziyyətə çatırdı.

Baxın sözlərinə görə, “Aston Martin” və Adrian Nyui Lekleri yüksək qiymətləndirir, çünki onun sürüş tərzi Maks Ferstappenin stilinə çox yaxındır. Bu isə konstruktor üçün həlledici amil ola bilər.

Qeyd edək ki, Adrian Nyui “Formula-1” tarixinin ən uğurlu konstruktorlarından biri hesab olunur və onun hansı pilotla işləmək istədiyi paddokda həmişə xüsusi maraq doğurur.

İdman.Biz