Maks Ferstappen: "Başa düşdüm ki, Bakıda tapılan həllər növbəti Qran Pridə işə yarayacaq"

Xəbərlər
29 Avqust 2023 10:43
210
Maks Ferstappen: "Başa düşdüm ki, Bakıda tapılan həllər növbəti Qran Pridə işə yarayacaq"

Formula 1 avtomobil sinfi üzrə dünya çempionatının lideri, bu yaxınlarda Hollandiya Qran Prisini qazanan Maks Ferstappen bu mövsüm uğurunun reseptini açıqlayıb.

İdman.biz-in məlumatına görə, Zandvoortda qazandığı qələbəyə sayəsində mövsümdə ardıcıl 9-cu qələbə qazanan Red Bull-un pilotu Bakı yarışından sonra çıxardığı nəticələrin yeni səviyyəyə yüksəlməsinə kömək etdiyini etiraf edib. İyun ayında şəhər dövrəsində Ferstappen komanda yoldaşı Serxio Peresdən sonra ikinci oldu.

"Bakıda həftəsonu çox şey öyrəndim. Maşını necə tənzimləmək lazım olduğunu, ondan daha çox fayda əldə etməyi başa düşdüm. Mən o yarışda qalib olmadım, amma çox çalışdım. Buna görə də, avtomobil məsafədə kifayət qədər sabit deyildi, amma bir anda düzgün ritmi tapdım. Sonra təkərləri çox zədələdim, amma başa düşdüm ki, tapdığım həllər növbəti Qran Pridə işə yarayacaq. O vaxtdan bəri onlar mənə hər yolda kömək etdilər", - Ferstappen etiraf etdi.

Nicat Zəkiyev

İdman.biz