Norris İtaliya Qran-prisindən sonra özünü pis hiss edib

7 Sentyabr 2026 20:30
76
Norris İtaliya Qran-prisindən sonra özünü pis hiss edib

“Maklaren”in pilotu Lando Norris sentyabrın 6-da Monsada keçirilən İtaliya Qran-prisindən sonra özünü pis hiss edib.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot isti hava səbəbindən narahatlıq keçirib. Bu hal onun yarışdan sonra jurnalistlərlə ünsiyyətinə də təsir edib.

Müsahibədən əvvəl Norris başını masaya söykəyib, daha sonra susuzluğunu yatırmaq üçün kola istəyib.

Jurnalistlərdən biri onun pilotu görüb-görmədiyini soruşduqda isə Norris “Səni altı nəfər kimi görürəm” deyə cavab verib.

Norris İtaliya Qran-prisini dördüncü pillədə başa vurub. O, Formula 1-in şəxsi hesabında 171 xalla dördüncü yerdə qərarlaşıb.

İdman.Biz