“Formula-1” mövsümünün finalı Əbu-Dabidən İmolaya köçürülə bilər

7 Sentyabr 2026 23:58
734
“Formula-1” mövsümünün finalı Əbu-Dabidən İmolaya köçürülə bilər

“Formula-1” üzrə 2026-cı il dünya çempionatının sonuncu mərhələsinin Əbu-Dabi əvəzinə İtaliyada keçirilməsi planlaşdırılır.

İdman.Biz “Autohebdo”ya istinadən xəbər verir ki, çempionat rəhbərliyi Əbu-Dabi Qran-prisinin əvəzi kimi İmola trasını seçib. Yarışın dekabrın 4-dən 6-dək əvvəlcədən nəzərdə tutulan tarixlərdə keçirilməsi gözlənilir. Qərar hələ rəsmi şəkildə açıqlanmayıb.

Mümkün dəyişiklik Yaxın Şərqdəki qeyri-sabitlik və bununla bağlı yaranan geosiyasi risklərlə əlaqələndirilir. Məlumata əsasən, “Formula-1” rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) mövsümün final mərhələsinin Əbu-Dabidə keçirilməsini riskə atmamaq qərarına gəlib.

Noyabrın 29-na planlaşdırılan Qətər Qran-prisinin də ləğv ediləcəyi, lakin onun əvəzinə başqa yarışın keçirilməyəcəyi bildirilir. Bu halda 2026-cı il mövsümü əvvəlcədən nəzərdə tutulan 24 mərhələ əvəzinə 22 yarışdan ibarət olacaq.

İdman.Biz