“Red Bull” Formula-1 çempionunun 11 yaşlı oğlunu heyətinə qatır

8 Sentyabr 2026 04:33
72
“Red Bull” Formula-1 çempionunun 11 yaşlı oğlunu heyətinə qatır

“Red Bull” 2007-ci ilin Formula-1 üzrə dünya çempionu Kimi Raykkonenin 11 yaşlı oğlu Robini gənclər proqramına cəlb etməyi planlaşdırır.

İdman.Biz “RacingNews365”ə istinadən xəbər verir ki, Avstriya komandası gələcəkdə perspektivli pilotlardan birinə çevrilə biləcək gənc kartinqçi ilə müqavilə imzalamaqda maraqlıdır.

Raykkonen ailəsi İtaliyanın Monza şəhərində keçirilən Qran-pridə iştirak edib. Mənbənin məlumatına görə, ailə “Red Bull”un motor houzuna gedərkən görüntülənib. Burada komandanın həmsahibi Şalerm Yovidxyu və korporativ layihələr və yeni investisiyalar üzrə baş direktor Oliver Mintslaff da daxil olmaqla, bir sıra nüfuzlu nümayəndələr olub.

Robin hazırda kartinq yarışlarında iştirak edir. O, açıq təkərli avtomobillərlə yarışlara keçməzdən əvvəl avtoidmanın aşağı pillələrində daha bir neçə il mübarizə aparacaq.

İdman.Biz