“Ferrari”də Hamilton-Lekler gərginliyi artır – Vasser müdaxilə etdi

9 Sentyabr 2026 21:16
109
“Ferrari”də Hamilton-Lekler gərginliyi artır – Vasser müdaxilə etdi

“Ferrari” pilotları Luis Hamilton və Şarl Lekler arasında İtaliya Qran-prisinin startında baş verən insidentdən sonra gərginlik artıb.

İdman.Biz “La Gazzetta”ya istinadən xəbər verir ki, jurnalist Culyano Dukessa pilotların hadisəni fərqli qiymətləndirdiklərini bildirib.

Komandanın rəhbəri Frederik Vasser artıq hər iki sürücü ilə vəziyyəti müzakirə edib. Məlumata görə, Hamiltonun son vaxtlar səsləndirdiyi tənqidlər də “Ferrari” daxilindəki balansı və Vasserin rəhbərliyini təzyiq altında qoyur.

Qeyd edək ki, Monzadakı yarışın startında üçüncü pillədən başlayan Lekler birinci döngədə Hamiltondan sərt şəkildə müdafiə olunaraq komanda yoldaşını çınqıllı sahəyə sıxışdırıb. Nəticədə britaniyalı pilot 10-cu yerə düşüb.

Lekler isə üçüncü döngədə “Parabolika”da trasdan çıxaraq mübarizəni dayandırıb. Hamilton yarışı altıncı pillədə başa vurub.

Yarışdan sonra yeddiqat dünya çempionu komanda yoldaşının hərəkətindən narazılığını bildirib. Vasser isə birinci döngədə baş verənləri komanda üçün pis nəticə adlandırıb və komanda əmrlərinin tətbiq olunmasını istisna etməyib.

İdman.Biz