“Red Bull”da Ferstappenin 2026-cı ildə “Formula-1”dən məmnun qalmayacağından ehtiyat edirlər

Xəbərlər
13 Dekabr 2025 19:46
43
“Red Bull”da Ferstappenin 2026-cı ildə “Formula-1”dən məmnun qalmayacağından ehtiyat edirlər

Keçmiş “Formula-1” pilotu və hazırkı Sky Sports analitiki Karun Çandhok hesab edir ki, bəzi “Red Bull” əməkdaşları piloyları Maks Ferstappenin qarşıdan gələn qayda dəyişiklikləri fonunda “Formula-1”ə olan marağını itirə biləcəyindən narahatdırlar.

İdman.Biz bildirir ki, bu hal Ferstappenin komandada gələcəyinə təsir edə bilər.

“Düşünürəm ki, Maksın yeni nəsil avtomobillərdən nə qədər zövq alacağı ilə bağlı da sual var. San-Paulu hava limanında bəzi “Red Bull” işçiləri ilə söhbət edirdim və hamısı bir az əsəbiləşərək dedilər: “Əslində, narahataıq ki, Maks 2026-cı ildə “Formula-1”i bəyənməyəcək”. Və bu, tamamilə fərqli bir yarış tərzi olduğu üçün çətin ola bilər”, - Çandhok The F1 Show podkastında bildirib.

O, komandanın bunun baş verməməsinə ümid etdiyini, lakin onların narahatlıqları təsdiqlənərsə, bu, Ferstappenin komanda yoldaşı İsak Hacarın xeyrinə olacağını söyləyib.

2026-cı ildə komanda Ford-dan yeni güc aqreqatı alacaq. Bütün bunlar texniki qaydalarda köklü dəyişiklik fonunda baş verir və meydançada bir çoxları bunu ən yaxşı mühərriklərə malik komandalar üçün bir fürsət kimi görürlər. Ferstappen artıq mövsümöncəsi testlərin darıxdırıcı ola biləcəyi barədə xəbərdarlıq edib.

İdman.Biz