Mixael Şumaxerin rekordunu hələ heç kəs təzələyə bilməyib

Xəbərlər
9 Dekabr 2025 01:38
62
Mixael Şumaxerin rekordunu hələ heç kəs təzələyə bilməyib

56 yaşlı alman yarış əfsanəsi və yeddiqat “Formula-1” çempionu Mixael Şumaxer 2025-ci il mövsümündən sonra ardıcıl beş “Formula-1” titulunu qazanan yeganə pilot olaraq qalır.

İdman.Biz-in məlumatına görə, 2025-ci ilin final mərhələsində “Red Bull” komandasını təmsil edən dördqat çempion

Maks Ferstappen beşinci titulunu qazana və ardıcıl qələbələr siyahısında alman sürücüyə qoşula bilərdi. Lakin, Abu-Dabidə çempionluq “McLaren” komandasından olan 26 yaşlı britaniyalı sürücü Lando Norrisə nəsib oldu və bu, onun ilk titulu idi.

Mixael öz şərəfini 21-ci əsrin əvvəllərində “Ferrari” komandasında 2000-ci ildən 2004-cü ilə qədər beş titul qazanmaqla qoruyub.

İdman.Biz