“Red Bull” pilotu Maks Ferstappen poul mövqeyindən start götürəcəyi Əbu-Dabi Qran-prisi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz bildirir ki, dördqat və hazırkı dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen təsnifat mərhələsində poul mövqeyini tutub, çempionatın lideri “McLaren” pilotu Lando Norris isə ikinci olub.
“Əlimdən gələni edəcəyəm; itirəcək heç nəyim yoxdur. Yarışı qazanmağa və müdafiə olunmağa çalışacağam. Hücum etməli olsam, hücum edəcəyəm”", - deyə Cadena Ser Ferstappendən sitat gətirir.
Mövsümün son mərhələsinə qədər ümumi sürücü sıralamasında “McLaren” komandasından Lando Norris liderlik edir. Onun 408 xalı var. İkinci yeri 396 xalla “Red Bull” komandasından Maks Ferstappen tutur. Norrisin komanda yoldaşı Oskar Piastri ilk üçlüyü 392 xalla tamamlayır.
