“Formula-1”də mövsümün sonuna yaxınlaşdıqca Lando Norris karyerasının ən çətin dövrünə daxil olub.
İdman.Biz xəbər verir ki, britaniyalı pilotun arzuladığı çempionluq hələ də əldə olunmayıb və titul taleyi sonuncu mərhələyə qalıb.
Bu müddətdə onun əsas rəqibi Maks Ferstappen isə möhtəşəm seriya nümayiş etdirərək 104 xal fərqlə titula doğru irəliləyir.
Belə gərgin dönəmdə psixoloji sabitlik və yaxın insanların dəstəyi xüsusilə böyük önəm daşıyır.
Norrisə bu yolda ən çox dayaq olan şəxslərdən biri isə onun sevgilisi - portuqaliyalı aktrisa, fotomodel Marqarita Korseyrudur. Cütlük artıq üç ildir ki, birlikdədir və Marqarita pilotun çətin mərhələlərdə əsas mənəvi dəstəkçisi kimi tanınır.



Xatırladaq ki, bir neçə əvvəl britaniyalı “McLaren” pilotu Lando Norris "Las-Veqas" Qran-prisində yarışdan sonrakı müsahibə zamanı söyüş söydüyünə görə Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən cərimə edilib. İdmançının 59.000 dollar cərimələndiyi bildirilir.
