“Formula-1”in “McLaren” komandası ABŞ Qran-prisi üçün xüsusi libaslarını təqdim edib.
İdman.Biz xəbər verir ki, “Formula-1”in mətbuat xidməti Oskar Piastri və Lando Norris üçün hazırlanan xüsusi libas və kombinezonların görüntülərini yayıb.
Unikal libas “Google Gemini”dən ilhamlanıb. Klassik “MCL39” bolidində istifadə olunan qara rəng əvəzinə gümüşü ton əlavə edilib, habelə sponsor loqosu “Chrome” (“Google” brauzeri) yerinə “Gemini” (“Google”un süni intellekti) yazısı əks olunub.
Qeyd edək ki, Sinqapur Qran-prisində keçirilən yarışda Britaniya komandası “McLaren” üçüncü dəfə ardıcıl olaraq “Konstruktorlar Kuboku”nu vaxtından əvvəl qazanıb.