“Aston Martin” pilotu Fernando Alonso Sinqapur Qran-prisində Luis Hemilton ilə final mübarizəsinin televiziyada göstərilməməsindən narazılıq edib.
İdman.biz xəbər verir ki, bu barədə Alonso sosial şəbəkə hesabında paylaşım edib.
“Radio yayımlarında hər şeyi eşitdiniz, indi əsas yayımı da tənzimləyib azarkeşlərə trasda baş verənləri tam göstərmək lazımdır”.
Qeyd edək ki, yarışda Alonso Hemiltondan 40 saniyə sürətli olsa da, Hemilton əyləc problemləri səbəbindən döngələri qısaldaraq finişə yalnız 0,4 saniyə qabaqda çatıb. Lakin televiziya yayımında bu maraqlı mübarizə və trasdakı digər gərgin anlar göstərilməyib.