Luis Hemilton Sinqapur Qran-prisində cərimələndi

Xəbərlər
5 Oktyabr 2025 22:35
38
Luis Hemilton Sinqapur Qran-prisində cərimələndi

“Ferrari” komandasının sürücüsü, yeddiqat dünya çempionu Luis Hemilton Sinqapur Qran-prisinin yekununa əsasən cərimələnib.

İdman.biz xəbər verir ki, britaniyalı pilot yarış zamanı əyləc sistemi ilə bağlı problemlər yaşadığından dəfələrlə trasdan çıxıb.

Hakimlər bu səbəbi əsaslı saymayaraq Hemiltona 5 saniyəlik cəza tətbiq ediblər.

Nəticədə yeddinci pillədə finişə çatan pilotun göstəricisinə əlavə olunan bu cəza onu səkkizinci yerə endirib. Onu “Aston Martin” komandasından Fernando Alonso qabaqlayıb.

İdman.biz

İdman.biz