“Kəpəz”in baş məşqçi postuna daha bir NAMİZƏD

Xəbərlər
26 Sentyabr 2025 18:09
40
“Kəpəz”in baş məşqçi postuna daha bir NAMİZƏD

Ukraynalı mütəxəssis Yuri Maksimov “Kəpəz”də baş məşqçi postuna namizədlərdən biridir.

İdman.biz xəbər verir ki, Gəncə təmsiliçinin Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov məsələ ilə bağlı sport24.az-a açıqlama verib.

O bildirib ki, namizədlər arasında yerli və xarici mütəxəssislər var: “Amma hansısa adı açıqlamaq düzgün deyil”.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl baş məşqçisi Adil Şükürovla vidalaşıb. “Sarı-göylər” çempionatda keçirdiyi ilk beş qarşılaşmada məğlub olub. Yuri Maksimov daha əvvəl 2017/2018 mövsümündə “Keşlə”də (hazırkı “Şamaxı”) işləyib və komanda ilə Azərbaycan Kubokunun qalibi olub.

İdman.biz