“Zirə” “İmişli”yə, “Qarabağ” “Qəbələ”yə qarşı

Xəbərlər
26 Sentyabr 2025 09:15
65
“Zirə” “İmişli”yə, “Qarabağ” “Qəbələ”yə qarşı

Bu gün Misli Premyer Liqasında VI turun oyunlarına start veriləcək.

İdman.biz xəbər verir ki, turun ilk qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Açılış oyununda 11 xalla turnir cədvəlinin lideri olan “Zirə” səfərdə 7 xalla 7-ci pillədə qərarlaşan “İmişli” ilə üz-üzə gələcək.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bir oyun az keçirən Ağdam klubu 7 xalla 5-ci, “qırmızı-qaralar” isə 4 xalla 10-cu pillədə yer alır.

Misli Premyer Liqası
I dövrə, VI tur
26 sentyabr

15:30. "İmişli" – "Zirə"

Baş hakim:
Əli Əliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. "Qarabağ" – "Qəbələ"

Baş hakim:
Rauf Cabarov
"Azərsun Arena"

Bombardirlər: Toral Bayramov ("Qarabağ") - 3 qol, Martins Juniyor ("Zirə") - 3 qol, Olabe Roberto ("Turan Tovuz") - 2 qol, Coy-Lens Mikels ("Sabah") - 2 qol, Ceyhun Nuriyev ("Zirə") - 2 qol, İssa Cibrila ("Zirə") - 2 qol, Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.

İdman.biz