“Nottinqem Forest”in baş məşqçi postuna NAMİZƏDLƏR

Xəbərlər
9 Sentyabr 2025 10:44
46
“Nottinqem Forest”in baş məşqçi postuna NAMİZƏDLƏR

İngiltərənin “Nottinqem Forest” klubunun yeni baş məşqçisi vəzifəsinə əsas namizədlərin adları açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobusk məlumat yayıb.

Bildirilib ki, ilkin variant kimi “Tottenhem”ın sabiq çalışdırıcısı Anqelos Postekoglu göstərilir. O, London klubundan ayrıldıqdan sonra hazırda işsizdir.

Digər namizədlərdən biri də “Fənərbaxça”dan ayrılan Joze Mourinyodur.

Klub prezidenti Evangelos Marinakisin isə “Fulhem”in baş məşqçisi Marku Silva ilə də maraqlandığı bildirilir.

Qeyd edək ki, “Nottinqem Forest” bir müddət əvvəl müqaviləsini 2028-ci ilə qədər uzatdığı Nunu Eşpiritu Santunu istefaya göndərib. Klub hazırda Premyer Liqadanın turnir cədvəlində 4 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.biz