Rəşad Eyyubov: "Əsas məqsəd Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir" - VİDEO

8 Sentyabr 2025 12:25
313
Rəşad Eyyubov: "Əsas məqsəd Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir" - VİDEO

"Əsas məqsədz Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir".

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında deyib.

Mütəxəssis Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb: "Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimizi əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındı, sabah görəcəyik. Əsas məqsədimiz psixoloji olaraq komandanı yüksətlməkdir. Keyfiyyət baxımından futbol kollektivm youdnur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik".

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

İdman.biz