Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev istefa verib.
İdman.biz xəbər verir ki, o, bu qərarını DÇ-2026-nın seçmə mərhələsində Belçika millisinə 0:6 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Əliyev bildirib ki, baş verən hər şey, məğlubiyyət onun günahıdır: “Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacağam və federasiya prezidentə məlumat verəcəyəm".
Qeyd edək ki, Qazaxıstan millisi daha öncə Uels (1:3, 0:1) və Şimali Makedoniyaya (0:1) da məğlub olub. Yeganə qələbəsini isə Lixtenşteynlə görüşdə qazanıb - 2:0.
İdman.biz