AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər

Xəbərlər
6 Sentyabr 2025 20:39
47
AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin əməkdaşları UEFA Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər.

İdman.biz bildirir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüş çərçivəsində tərəflər arasında cari ilin yekun hesabatları təqdim olunub, qarşıdakı mövsüm üçün planlaşdırmalar müzakirə edilib.

Həmçinin, klubların lisenziyalaşdırılması prosedurları ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Tərəflərin hər biri öz hesabat və təkliflərini təqdim edib, gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İdman.biz

Məqalədə: